Hansi Flick-in Ferran Torres-i qorumaq ücün vacib addımı

Ferran Torres

Ferran Torres son aylar FC “Barselona”nın ən effektiv hücumçularından birinə çevrilib. O, “Valensiya”ya qarşı Kral Kubokunda het-trik edərək komandasına dəstək olub. Bununla yanaşı, La Liqada “Sevilya” üstəndə qazanılan qaləbədə onun meydanda olmaması diqqət çəkib. İspan futbolçunun bu matçda niyə oynamaq imkanı tapmadığı məlum olub.

‘”MARCA”nın verdiyi məlumata görə, “Mestalya”də 90 dəqiqə meydanda olmasına baxmayaraq, “Sánchez-Pizjuán” stadionunda ona məhdud zaman ayrılacağı gözlənilirdi. Hansi Flick-in planı ikinci hissədə onu oyuna daxil etmək idi. Lakin Torres isinmə hərəkətləri edərkən dız arxası əzələlərində yüngül bir gərginlik hiss edib. O, bu narahatlığı dərhal texniki heyətə bildirib. Flick-in rəhbərliyi altında bütün komanda risk etməməyi və Ferran-ı ehtiyatda saxlamağı qərar alıb.

Hansi Flick-in strategiyası və oyunçularla dialoqu

Bu, Flick-in oyunçularıyla birbaşa danışıb ortaq qərar verməsinin ilk halı deyil. “Sevilya” matçında o, Gavi ilə də oxşar danışıqlar aparmış və onun ikinci hissədə meydana dəxil olmaması üçün razılıq əldə edilmiişdi. Bu cür çevik yanaşma Flick-in “Barselona”da başlatdığı yeniliklərin vacib hissəsidir.

Ferran Torres

Ferran Torres-in komandadakı rolu və onun qorunmasının əhəmiyyəti

Flick-in Ferran Torres-i risk etmədən qorumaq qərarı komandanın uzunmüdətli planları baxımından olduqca vacibdir. Alman məşqçi gənclərin fiziki hazırlığına çox həssas yanaşır və futbolçuların optimal formada qalmasını prioritet hesab edir. Ferran Torres-in bu dövrdə komanda üçün vacib rol oynadığı gözlənilir və onun səhətini qorumaq “Barselona”nın bu mövsümkü strategiyasının bir hissəsidir.

Ferran Torres